Ukrayna Rusiya ilə münaqişədə hərbi yolla qalib gələ bilməyəcək.
1xeber.media xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general Pyer de Vilye Sud radiosunun efirində bildirib.
"İki slavyan xalqı, Ukrayna və Rusiya arasında bu münaqişənin hərbi yolla həlli yoxdur. Və belə davam etsək, Ukraynanın hərbi yolla bu müharibədə qalib gəlmək iqtidarında olmadığını görəcəyik".
Bu baxımdan, general ərazi məsələlərində də daxil olmaqla, ədalətli sülhə nail olmaq üçün səy göstərməyin zəruriliyini vurğulayıb. O, həmçinin təhlükəsizlik təminatının vacibliyini vurğulayıb. De Vilyesin fikrincə, davamlı sülh olmasa, münaqişə bir neçə ay ərzində bərpa oluna bilər.

















