Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddialarına münasibət bildirib.
1xeber.media xəbər verir ki, O, bu fikirləri sosial şəbəkədəki X səhifəsində (keçmiş Twitter) qeyd edib.
Almaniya kanslerinin sözlərinə görə, Qrenlandiyanın taleyini adada yaşayanlar həll etməlidir. "Qrenlandiya öz xalqına məxsusdur" deyə Merz qısa şəkildə şərh etdi. O, həmçinin əlavə edib ki, Arktika təhlükəsizliyi Avropa və onun NATO tərəfdaşları, o cümlədən ABŞ, Danimarka və Qrenlandiya üçün prioritet olaraq qalır.
Bundan əvvəl Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-ın Qrenlandiyaya iddialarının NATO-nun dağılmasına gətirib çıxaracağını bildirmişdi. Bu arada Aİ-nin keçmiş xarici işlər naziri Josep Borrell ABŞ-ı Aİ-nin əsas müttəfiqi kimi qəbul etməyib və Avropa güclərini öz maraqlarını müdafiə etmək üçün öz resurslarına arxalanmağa çağırıb.

















