ABŞ Qrenlandiyanı ilhaq edə bilməyəcək.
1xeber.media xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen adaya səfəri zamanı bildirib, onun sözlərini Politico sitat gətirir.
“Siz başqa ölkəni ilhaq edə bilməzsiniz, hətta buna beynəlxalq təhlükəsizlik zəminində haqq qazandırsanız belə”, o vurğulayıb.
Frederiksen həmçinin iki NATO üzvü olan Danimarka və ABŞ arasında onilliklər boyu davam edən tərəfdaşlığın gələcəkdə də davam edəcəyinə ümid etdiyini bildirib. Lakin onun sözlərinə görə, alyansın sabitliyi ABŞ prezidenti Donald Trampın ritorikası ilə ciddi şəkildə sarsılıb.
Bundan əvvəl Tramp Qrenlandiyanın ilhaqına dair təşəbbüsünün uğuruna 100 faiz əmin olduğunu bildirib.
Öz növbəsində Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen "ABŞ bunu qəbul etməyəcək" dedi.