Venesuela Milli Assambleyasının keçmiş üzvü və müxalifətçi Mariya Korina Maçadoya verilən Nobel Sülh Mükafatı Nobel Komitəsinin qaydalarına əsasən ABŞ prezidenti Donald Trampa verilə bilməz.
1xeber.media xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsinin rəsmi saytında məlumat verilib.
"Nobel mükafatı elan edildikdən sonra onu ləğv etmək, paylamaq və ya başqasına vermək olmaz. Qərar qətidir və əbədi olaraq qüvvədə qalır", - deyə nəşr bildirib.
Bu elan Maçadonun Nobel Sülh Mükafatını Trampa vermək istəyinə cavab idi.

















