Erməni vəkil Raffi Aslanyanın Azərbaycanın dünya səviyyəsində keyfiyyətinə görə təqdir edilən “Basarkeçər” şərabı ilə bağlı sözləri Ermənistan ctimaiyyətini narahat edib.
1xeber.media globalinfo.az-a istinadla xəbər verir ki, Aslayan şərabın adı və üzərində təsvir olunan xəritəyə diqqət çəkib.
Erməni vəkil “Basarkeçər”in dünya səviyyəsində tanınmasına diqqət çəkib:
“Xəritədə bizim Geqarkunik (Göyçə mahalı-red.) bölgəsi təsvir olunub. Üzərindəki ərazilərimizin adları Azərbaycan adları ilə qeyd edilib. Onlar buranı Qərbi Azərbaycan adlandırırlar və dünyaya belə təqdim edirlər. Ərazi Sevan gölü (Göyçə gölü-red.) ətrafıdır. Orada hətta mənim doğulduğun Martuninin adı belə başqa cür verilib. Sözügedən şərab Asiya və Amerika bazarlarında geniş satılır”.
Maraqlıdır ki, bu, ermənilərin “Basarkeçər” şərabı ilə bağlı ilk narahatlığı deyil. 2020-ci ildə də sözügedən şərabın görüntüsü Ermənistan KİV-də yayılmış və narazılıqla qarşılanmışdı.

















