Son günlərdə bəzi stomatoloqların TƏBİB-ə qarşı etiraz aksiyası keçirməsi fonunda vətəndaşların da naşı stomatoloqlardan gileyləri də artmaqdadır. Yəni belə bir təəssürat yaranır ki, əslində vətəndaş TƏBİB-in apardığı islahatları dəstəkləyir... Əgər ədalətli şəkildə aparılarsa...
1xeber.media xəbər verir ki,"DİA-AZ" -stomatoloq adı altında qəssablıq edən növbəti dələduzu ifşa edib.
Nədən sərt ifadə seçdik... Özünüz də aşağıdakı gileyi oxuyanda daha sərt reaksiyanı verəcəksiniz... Çünki burada söhbət həm də hələ dünyaya gəlməmiş bir insanımızın həyatından gedir...
Beləliklə, Sevinc Ələsgərova adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında belə yazır:
"Bu şəkildə gördüyünüz həkimə görə mən hamilə ola-ola (7 aylıq özüdə!) zülüm çəkdim
Diri-diri dişimi çəkdilər məcbur! Mənə guya "nervi" müalicəsi eləyib... sən demə, iynə qırılıb qalıb diş kökündə və diş kökündən çıxıb ət... Ordan da damağa, sümüyə dəyirmiş. Allahın özünün yazığı gəlib mənə ki hamiləyəm! İrin verməyib!!!
Belə həkim adı altında camaatı bədbəxt edənlər çoxdur! Tanıyın! Xəyalə Nasirli... Stomatoloq! Artıq 10 gündür düzgün nə yeyə bilirəm, nə də işə gedə bilirəm!!! 1 həftədir dişimi çəkdirmişəm və hələ də üz şiş... damaq yara... Dişi yarıb çıxardıblar ki, iynə qalmasın!! Bütün ağızım yaradı!
Göydə Allaha Tapşırdım! Yerdə də Məhkəməyə verəcəm!!!"

















