Avropa Xarici Fəaliyyət Xidməti (Aİ) İranın Avropa Birliyindəki (Aİ) səfirini ölkədəki etirazlar səbəbindən çağırıb.
1xeber.media xəbər verir ki, Reuters bu barədə 13 yanvarda Aİ sözçüsünə istinadən məlumat yayıb.
"Avropa Xarici Fəaliyyət Xidməti çərşənbə axşamı İranın Avropa Birliyindəki səfirini çağırıb", - deyə məlumatda bildirilir.
Lakin diplomatik xidmətin mətbuat xidməti hələlik diplomatik nümayəndənin çağırılması ilə bağlı heç bir məlumat yaymayıb.

















