Danimarka Qrenlandiyaya hərbi texnika və irəli bölmələr yerləşdirməyə başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Danmark Radiosu (DR) mənbələrə istinadən məlumat verib.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen Xarici İşlər Komitəsinin iclasından sonra bildirib ki, "Biz (Danimarka ordusu - red.) Qrenlandiyada daha daimi və geniş iştirakla irəliləyirik".
Qeyd olunur ki, adaya ilk gələnlər logistika hazırlığını təmin etmək və əsas bölmələrin yerləşdirilməsi üçün ərazini hazırlamaq vəzifəsi daşıyan komandanlıq qrupları olub.

















