
1xeber.media xəbər verir ki, "The National Interest" (TNI) jurnalının jurnalistləri Rusiyanın "Oreshnik" raketinin Lvova endirdiyi zərbəni Qərbə siqnal kimi şərh ediblər.
Müşahidəçilər qeyd ediblər ki, Moskva bununla "Qərb hava hücumundan müdafiə sistemlərinin ələ keçirə bilmədiyi" nüvə başlıqlı raketlər buraxmaq qabiliyyətini nümayiş etdirib.
Məqalə müəlliflərinin fikrincə, hipersəs raketlərin istifadəsi Qərbə Rusiyanın imkanlarını xatırlatmaq məqsədi daşıyır.
Rusiya Müdafiə Nazirliyi əvvəllər bildirmişdi ki, 9 yanvarda "Oreshnik" raket sisteminin endirdiyi zərbə Lvov Dövlət Təyyarə Təmiri Zavodunu sıradan çıxarıb.

















