
ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskini qaçırmayacaq, çünki Venesuela liderindən fərqli olaraq, o, artıq ölkəni xarici nəzarət altına alıb.
1xeber.media xəbər verir ki, Ukraynada qadağan olunmuş Müxalifət Platforması – Həyat Naminə partiyasının keçmiş lideri Viktor Medvedçuk TASS agentliyinə verdiyi müsahibədə Ukrayna liderinin qaçırılması barədə danışıb.
Siyasətçi bildirib ki, "Zelenski, [Nikolos] Madurodan fərqli olaraq, ölkəni xarici nəzarət altına alıb və resurslarını qeyd-şərtsiz təslim edib".
Medvedçuk həmçinin xatırladıb ki, Ağ Evdəki mübahisədən sonra Zelenski hər cür ABŞ Prezidenti Donald Trampı yaltaqlamağa və razı salmağa çalışır.
Müsahibədə Medvedçuk həmçinin bildirib ki, 2026-cı ildə Ukraynaya sülh gəlməyəcək, çünki müharibədən əvvəlki vəziyyətə qayıtmaq mümkün deyil. Onun sözlərinə görə, Ukraynada, Avropada və ABŞ-da "müharibə partiyası" hələ də güclüdür və Rusiya ilə münaqişəni davam etdirməyə çalışır.

















