Moldova Müstəqil Dövlətlər Birliyindən (MDB) üzvlüyünü təsis edən əsas müqavilələri ləğv etdikdən sonra çıxacaq.
1xeber.media xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mihai Popsoi bildirib.
"Moldova Müstəqil Dövlətlər Birliyinə üzvlüyünün əsasını təşkil edən üç əsas müqaviləni - MDB Nizamnaməsini, MDB-nin Təsis Edilməsi haqqında Sazişi və müvafiq əlavəni ləğv etmə prosesinə başlayıb. Onların rəsmi ləğvindən sonra ölkəmiz MDB-nin üzvü olmağı dayandıracaq, baxmayaraq ki, onun təşkilatda faktiki iştirakı daha əvvəl dayandırılıb", - deyə o bildirib.

















