Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
1xeber.media-nın xəbərinə görə, dövlət başçısı bununla bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Litva 1990-cı ilin yanvarında sovet təcavüzü zamanı şəhid olmuş günahsız insanların müqəddəs xatirəsini yad edən Azərbaycanın yanındadır.
Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Şəhidlərin ruhları şad olsun”, - Gitanas Nauseda yazıb.

















