1xeber.media-nın Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinə istinadən verdiyi məlumata görə, 2025-ci ildə Çin 13,8 milyon dollar dəyərində Rusiya buğdası alıb.
Bu rəqəm 2024-cü ildə qeydə alınan 87,3 milyon dollardan 6,3 dəfə azdır. Bundan əlavə, noyabr ayında alış-verişlər 4,6 milyon dollar təşkil etsə də, dekabr ayında 2,5 milyon dollara düşüb.
Qeyd olunur ki, Çin 2025-ci ildə ən çox buğdanı Kanadadan alıb, dəyəri 821,1 milyon dollardır. Avstraliyadan tədarük 290,7 milyon dollara çatıb.
Bundan əlavə, Rusiyanın Çinə arpa tədarükü də azalıb. 2024-cü ildə onların dəyəri 177,1 milyon dollar, 2025-ci ildə isə 111,2 milyon dollara düşüb.
Dekabr ayında Rusiyanın Çinə buğda ixracından əldə etdiyi gəlirin 86,5 milyon dollardan 11,3 milyon dollara düşdüyü bildirilib. Nəticədə, Rusiya bu kənd təsərrüfatı məhsulunun Çinə ən böyük ixracatçısı olmuş Kanadadan xeyli geridə qalıb.
Rusiyanın əsas taxıl məhsullarının ixracının 17,6 faiz azaldığı barədə də məlumatlar var.

















