1xeber.media xəbər verir ki, Çexiya müdafiə şirkəti Czechoslovak Group (CSG)-nin IPO-sundan sonra onun sahibi və baş direktoru Mixal Strnadın xalis sərvəti 37 milyard dollara çatdı. Bu, onu dünyanın ən varlı müdafiə iş adamı edir.
Strnadın cəmi 33 yaşı var. O, şirkəti atasından miras alıb: 21 yaşında CSG-nin baş direktoru, beş il sonra isə sahibi olub. 2025-ci ilin may ayında o, Şərqi Avropanın (Rusiya xaricində) ən varlı adamı seçilib. O dövrdə Strnadın xalis sərvəti 17,1 milyard dollar idi.
Bloomberg Billionaires Index-ə görə, o, 40 yaşdan kiçik dünyanın üçüncü ən varlı adamıdır. Strnad yalnız xalis sərvəti 49 milyard dollar olaraq qiymətləndirilən Walmart Inc. ailəsindən Lukas Uolton və Red Bull-un qurucusu Mark Mateschitzin oğlu Mark Mateschitzdən (38,4 milyard dollar) sonra ikinci yerdədir.

















