
1xeber.media xəbər verir ki, Britaniya Müdafiə Jurnalının (UKDJ) məlumatına görə, Britaniya şirkətləri gələn il Kiyev üçün "Nightfall" proqramı çərçivəsində hazırlanmış ballistik raketlərin istehsalına başlayacaqlar.
London Müdafiə Nazirliyi raketlərin hazırlanması üçün müqavilələrin bu yaz veriləcəyini və istehsalın 2027-ci ildə başlaması planlaşdırıldığını təsdiqlədi. Müdafiə nazirinin müavini Lyuk Pollard nazirliyin bir neçə müqavilə ilə irəlilədiyini açıqladı. Mart ayında üç raketin dizaynı və yığılması üçün üç komandaya maliyyə ayrılacaq. Raketlərin 12 ay ərzində sınaqdan keçirilməsi planlaşdırılır.

















