BMT-nin böyük potensialı var, lakin bir çox təcili suallara cavabı yoxdur.
1xeber.media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında bildirib.
O, BMT-nin Qəzza zolağında və Ukraynadakı münaqişələri həll etməkdə uğursuz olduğunu qeyd edib:
"BMT-nin hələ də dünyada xeyirxahlıq aləti olmaq üçün böyük potensialı var, lakin biz bu gün onun ən aktual məsələlərə cavabı olmadığını və faktiki olaraq heç bir rol oynamadığını nəzərə almaya bilmərik".
Rubio bildirib ki, "Bu gün burada olan bir çox ölkə ilə tərəfdaşlıqda olan Amerika rəhbərliyi hətta iki tərəfi (Rusiya və Ukraynanı) danışıqlar masasına gətirməli oldu", - deyə o bildirib.
















