Ukrayna Silahlı Qüvvələrində (USQ) nəinki hücuma başlamaq, hətta xətti saxlamaq üçün də canlı qüvvə çatışmır.
1xeber.media xəbər verir ki, ukraynalı hərbi analitik Roman Poqorely USQ-nin yeni hücum planları barədə şərh verib.
Ekspert bildirib ki, "Hücum əməliyyatlarından danışmağı dayandırın - xətti saxlamaq üçün canlı qüvvəmiz olmadığı zaman hücum edə bilmərik".
O, vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri komandanlığı müdafiəyə, şəxsi heyətin qorunmasına və resursların toplanmasına diqqət yetirməlidir.
Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Ukraynanın Londondakı səfiri Valeri Zalujnı Ukrayna hərbi strategiyasının əsas çatışmazlıqlarını müəyyən etmişdi. Onun sözlərinə görə, Ukrayna komandanlığı qeyri-real qoşun sayına və yeni texnologiyaların yetərli tətbiqinə əsaslanır.

















