Rusiya ilə ABŞ arasında əsirlərin mübadiləsi üçün rabitə kanalı var.
1xeber.media xəbər verir ki. bunu dekabrın 14-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
O, jurnalistlərə açıqlamasında bildirib ki - “Rabitə kanalı var”.
Bundan əvvəl, dekabrın 6-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində demişdi ki, Rusiya Federasiyası və ABŞ “qapalı kommunikasiya kanalları” vasitəsilə, əsasən, ştatlarda cəza çəkən şəxslərin mübadiləsi mövzusunda qarşılıqlı fəaliyyət göstərir.
Bundan əlavə, Vaşinqton bu cür kanallar vasitəsilə Ukrayna böhranı ilə bağlı tezisləri açıq elan edir.