1xeber.media xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin rusiyalı alimlərin müxtəlif xərçəng növləri üçün peyvəndlər hazırladıqlarını və bunların İcbari Tibbi Sığorta (İTS) proqramına daxil edilməsi planlaşdırıldığını açıqladı.
"Plan onları dövlət tərəfindən təmin edilən pulsuz tibbi yardım proqramına daxil etməkdir", - hökumət başçısı bildirib.
Onun sözlərinə görə, Rusiya vətəndaşlarını bütün zəruri dərmanlarla təmin etməyə qadirdir. Hakimiyyət orqanları bütün bölgələrdə dərmanların mövcudluğunu real vaxt rejimində yaxından izləyir.
Mişustin həmçinin vurğulayıb ki, allergiya və müəyyən xərçəng növlərinin müalicəsi üçün unikal Rusiya dərmanları 2027-ci ildə bazara çıxacaq.
Daha əvvəl Rusiya kolorektal xərçəng peyvəndi hazırlamağa başlayıb və onun istifadəsi üçün ilk xəstələr artıq seçilib.

















