Nyu-York qubernatoru Keti Hoçul gecə saatlarında dronlara görə Stüart hava limanında uçuş-enmə zolaqlarının bağlandığını bildirib.
1xeber.media CBS News-a istinadla xəbər verir ki, aeroport təxminən 1 saat bağlı qalıb.
Nyu-York, Nyu-Cersi və Konnektikut üzərində uçan çoxsaylı dronların mənşəyi ilə bağlı federal hökumətdən cavab tələb olunub.
Ağ Ev dronlardan gələn təhdidləri "etibarsız" adlandıraraq bunu rədd edib.