Bayraktar TB3-dən dünya aviasiya tarixində bir ilk!
Bayraktar TB3 PUA qısa uçuş-enmə zolağından enən və qalxan ilk pilotsuz uçuş vasitəsi kimi dünya aviasiya tarixinə düşməyi bacardı. TCG ANADOLU Gəmisində gəmidə uçuş sınağı uğurla başa çatıb.Baykar tərəfindən milli və bənzərsiz olaraq inkişaf etdirilən silahlı pilotsuz uçuş aparatı Bayraktar TB3, qısa uçuş-enmə zolağına malik gəmilərdən uçuş və eniş sınağını müvəffəqiyyətlə tamamladı və aviasiya tarixində yeni bir çığır açdı. Bayraktar TB3 dünyada TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enə bilən ilk silahlı pilotsuz uçuş aparatı oldu.
Ramp testlərini müvəffəqiyyətlə tamamlayan Bayraktar TB3 PT1 və PT2 bu yaxınlarda Ədirnənin Keşan rayonundakı Baykar Uçuş Tədris və Test Mərkəzindən havaya qalxaraq Dalaman Hava Limanı Komandanlığına təhvil verildi. Burada aparılan işlərdə Bayraktar TB3 PT1 gecə-gündüz TCG Anadolu-nun yaxınlığından uçaraq “Yaxınlaşma Testləri”ni problemsiz keçib.