Qərbin nüvə məsələsində manipulyasiya etməsi səbəbindən Çernobıl kimi bir fəlakət İranı təhdid edə bilər.
1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu ehtimalı 360 telekanalında irəli sürüb.
O, İrandakı nüvə obyektlərinin bombalanması səbəbindən "ikinci Çernobıl" ssenarisinin mümkün olub-olmadığı ilə bağlı suala cavab olaraq bildirib: "Əlbəttə. Qərbin nüvə məsələsini manipulyasiya etməsi qəbuledilməzdir", - deyə diplomat bildirib.















