ABŞ-ın Almaniyada yerləşdirməyi planlaşdırdığı orta mənzilli raketlər Moskvaya 8 dəqiqəyə çata bilər.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 16-da Rusiyanın müdafiə naziri Andrey Belousov məlumat verib. “Bu ilin iyulunda Vaşinqton və Berlin 2026-cı ildə Almaniya ərazisində 2400 kilometrə qədər orta mənzilli Amerika raketlərinin yerləşdiriləcəyini və daha sonra Moskvaya təxminən səkkiz dəqiqəlik uçuş müddəti ilə hipersəs raketlərinin yerləşdiriləcəyini rəsmən elan etdilər.
” Belousov Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kollegiyasının geniş iclasında bildirib.O, həmçinin bəyan edib ki, NATO-dan gələn təhdidləri dəf etmək üçün bir sıra problemləri həll etmək və dövlət silah proqramının formalaşdırılmasına yeni yanaşmalar tətbiq etmək lazımdır. Onun sözlərinə görə, söhbət gələcək hərbi münaqişələrin xarakterini nəzərə almaq zərurətindən gedir.