Avropa İttifaqı (Aİ) üç rus şirkətinə və müğənni Larisa Dolina da daxil olmaqla 16 nəfərə qarşı sanksiya tətbiq edib.
1xeber.media xəbər verir ki, bu dekabrın 16-da icmanın saytında dərc edilmiş rəsmi sənəddən məlum olub.
Qeyd olunur ki, Dolina xüsusi əməliyyata dəstək verdiyinə, Rusiya hərbçiləri ilə danışdığına, eləcə də Donbass şəhərlərində təşkil etdiyi konsertlərə görə məhdudiyyətlərə məruz qalıb.Bundan əlavə, Aİ-nin sanksiyalar siyahısına PIK inkişaf şirkəti - Specialized Developer, Utair aviaşirkəti, jurnalist Tina Kandelaki və digər şəxslər daxildir.