“Bu gün Amerika terror ordusunun aktivlərindən biri olan, Marşall adaları bayrağı altında üzən və ABŞ-a məxsus “Safe Sia” tankeri SEPAH Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığı üçün Fars körfəzinin şimal hissəsində atəşə tutulub”, - deyə SEPAH-ın mətbuat xidmətinin bəyanatını dövlət teleradioşirkəti sitat gətirib.
SEPAH bir daha qeyd edib ki, Hörmüz boğazından keçmək istəyən bütün gəmilər İran hakimiyyəti tərəfindən daha əvvəl elan edilmiş qaydalara əməl etməlidir.

















