ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Fars körfəzində yerləşən Xarq adasına “ən güclü zərbə” endirib və adadakı İranın hərbi infrastrukturunu məhv edib.
1xeber.media xəbər verir ki,ABŞ həmçinin İran üçün son dərəcə vacib olan bu adanın neft obyektlərini bombalamaqla hədələyib.
İran daha əvvəl xəbərdarlıq etmişdi ki, əgər bu obyektlərə ziyan vurularsa, regionda bütün neft hasilatını məhv etməyə başlayacaq.
Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, İran regiondakı ABŞ-ın bütün obyektlərinə tam məhv edilənədək hücumları davam etdirəcək.

















