Ukrayna ərazisi İsrailə pilotsuz təyyarələrlə dəstək verdikdən sonra İranın hücumları üçün qanuni hədəfə çevrilib.
1xeber.media xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi Facebook səhifəsində bildirib.
O yazıb ki, "İsrail rejiminə pilotsuz təyyarələrlə dəstək verməklə, süqut etmiş Ukrayna faktiki olaraq müharibəyə cəlb olunub və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən, bütün ərazisini İran üçün qanuni hədəfə çevirib".















