Yəmən husiləri Təl-Əviv yaxınlığındakı hərbi obyektə hipersonik ballistik raketlə hücum edib.
1xeber.media xəbər verir ki, Husi ordusunun sözçüsü Yəhya Sariya bu barədə dekabrın 16-da məlumat verib.“Yəmən Silahlı Qüvvələrinin Raket Qüvvələri Fələstin-2 tipli hipersəs ballistik raketindən istifadə etməklə işğal altındakı Yaffa bölgəsində İsrailin düşmən hərbi obyektini məhv etmək məqsədi ilə hərbi əməliyyat keçirib”, - deyə Teleqram kanalında dərc olunan bəyanatda deyilir.
Həmçinin məlumat verilib ki, uğurlu əməliyyat nəticəsində bütün məqsədlərə nail olunub.Mətbuat xidməti bəyan edib ki, Yəmən husiləri Qəzza zolağında hərbi əməliyyatlar dayandırılana qədər İsrail Müdafiə Qüvvələrinə (IDF) qarşı hərbi əməliyyatlar keçirəcək.