İran öz vətəndaşlarının Türkiyəyə çıxışını bağlayıb.
1xeber.media xəbər verir ki,Türkiyənin daxili işlər naziri Mustafa Çiftçinin sözlərinə görə, İran öz vətəndaşları üçün ölkədən çıxışa məhdudiyyət tətbiq edib və onların sərhədi keçməsinə icazə vermir.
O bildirib ki, türklər İrana sərbəst daxil ola bilirlər, lakin iranlılar üçün çıxış bloklanıb.
Hərbi əməliyyatların başlanmasından sonra iranlıların Türkiyəyə axını üçdəbir azalıb, eyni zamanda geri - İrana qayıdanların sayı artıb.
Qadağanın dəqiq nə vaxt tətbiq olunduğu açıqlanmayıb.

















