1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial media platforması TruthSocial-da Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi iddiaları ilə bağlı istintaqa rəhbərlik edən keçmiş ABŞ xüsusi müşaviri Robert Muellerin ölümündən məmnun olduğunu bildirib.
"Onun öldüyünə şadam. Artıq günahsız insanlara zərər verə bilməz", - deyə Tramp yazıb.
Martın 21-də Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsini araşdıran ABŞ xüsusi müşaviri vəzifəsində çalışan Robert Muellerin 81 yaşında ABŞ-da vəfat etdiyi açıqlanıb. Mueller 11 sentyabr 2001-ci il terror hücumlarından bir həftə əvvəl FTB-nin rəhbəri olub. Daha sonra o, Donald Trampın qalib gəldiyi 2016-cı il seçkilərində "Rusiyanın müdaxiləsi"ni araşdırmaq üçün xüsusi müşavir təyin edilib. Hazırkı ABŞ prezidenti istintaqı "cadugər ovu" adlandırıb.

















