1xeber.media xəbər verir ki, ABŞ Hərbi Nazirliyi Yaxın Şərqə təxminən 3000 desantçı göndərməyi planlaşdırır.
Nəşr iddia edir ki, "Pentaqon İrana qarşı əməliyyatları dəstəkləmək üçün ABŞ ordusunun elit 82-ci Hava-Desant Diviziyasından təxminən 3000 əsgəri Yaxın Şərqə göndərməyi planlaşdırır".
Nəşrin məlumatına görə, yaxın saatlarda yazılı əmr gözlənilir. Lakin məqalədə qeyd olunur ki, İrana qoşun göndərmək barədə qərar hələ verilməyib.
Əvvəllər ABŞ və İran arasında əlaqələrin baş tutduğu və İran tərəfinin müharibəyə son qoymaq üçün Vaşinqtonun konstruktiv təkliflərini dinləməyə hazır olduğu bildirilirdi.

















