SEPAH generalı Həsən Həsənzadə öldürülüb.
Tehran ostanında təhlükəsizliyə cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsas bölmələrindən biri - “Məhəmməd Rəsulullah” korpusunun komandanı, briqada generalı Həsən Həsənzadə nöqtə atışı nəticəsində məhv edilib. Tehran mənbələrindən gələn məlumatlarda bu barədə xəbər verilir.
Həsənzadə İranda daxili etirazların yatırılması sistemində ən nüfuzlu fiqurlardan biri hesab olunurdu. Onun rəhbərliyi altında “Məhəmməd Rəsulullah” korpusu paytaxtdakı “Bəsic” və SEPAH qüvvələrinin fəaliyyətini əlaqələndirirdi.

















