Livanın cənubundakı Bofor qalası 26 ildən sonra yenidən İsrailin nəzarətinə keçib.
1xeber.media xəbər verir ki,İsrail mediasının məlumatına görə, İsrail Ordusunun (SAXAL) hərbçiləri Livanın cənubunda irəliləmə zamanı Litani çayını keçərək şərq sektorunda yerləşən strateji Bofor qalası üzərində nəzarəti bərpa ediblər.
Bu hadisə dərin simvolik məna daşıyır, çünki İsrail qüvvələri 2000-ci ilin mayında Ehud Barak hökumətinin qərarı ilə Livandan birtərəfli şəkildə çıxarıldıqdan düz 26 il sonra bu mövqelərə qayıdıblar.

















