Azərbaycan millisi hesabı bərabərləşdirib.
1xeber.media xəbər verir ki, Rahil Məmmədov 72-ci dəqiqədə hesabı bərabərləşdirib.
***19:59
"FIFA Series – 2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyununda ilk hissə başa çatıb.
1xeber.media xəbər verir ki, qonaqlar fasiləyə öndə yollanıb - 1:0.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqədə Daniel Kanu fərqlənib.
*** 19:03
"FIFA Series – 2026" beynəlxalq turnirində Azərbaycan - Syerra Leone oyunu start götürüb.
1xeber.media xəbər verir ki, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da başlayıb.
Görüşün baş hakimi özbəkistanlı Asker Najafaliyevdir.
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

















