ABŞ Dövlət Departamenti Bağdadda amerikalı jurnalistin oğurlandığını təsdiqləyib.
1xeber.media xəbər verir ki,dövlət katibinin müavini Dilan Conson bildirib ki, qurum həmin vətəndaşı mövcud təhlükələrlə bağlı əvvəlcədən xəbərdar edib və onun tezliklə azad olunması üçün FTB ilə koordinasiyanı davam etdirir.
Amerika tərəfinin məlumatına görə, oğurluqda İranla əlaqəli proksi qruplaşma olan “Kataib Hizbullah”la bağlı şəxs iştirak edib.
Şübhəli İraq hakimiyyəti tərəfindən saxlanılıb.

















