Azərbaycanda əmək islahatları paketi hazırlanır - iş yerində təqibdən qorunmadan tutmuş maaş qaydalarına qədər yeni dəyişikliklər nəzərdə tutulur.
1xeber.media xəbər verir ki,yuna qədər əmək münasibətlərində ayrı-seçkiliyin və seksual qısnamanın qarşısının alınmasına yönəlmiş qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim edilməsi planlaşdırılır.
Bu, Dünya Bankı Qrupunun Business Ready hesabatının “İşçi qüvvəsi” indikatoru üzrə 2026-cı il üçün Yol Xəritəsində əksini tapıb.
Sənəddə əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması da nəzərdə tutulur.
Xüsusilə, saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin dövlət qurumları ilə razılaşdırılmasının başa çatdırılması planlaşdırılır.
Bundan başqa, əməkhaqqından tutulmalarla bağlı normaların beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflər paketi hazırlanacaq.
Yol Xəritəsində uşaq əməyinə dair hüquqların pozulmasına görə inzibati məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin hazırlanması və razılaşdırılması da yer alıb.
Eyni zamanda, “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi üzrə milli texniki reqlament”in təsdiqi haqqında qərar layihəsinin hazırlanması nəzərdə tutulur.
Bununla yanaşı, əmək fəaliyyətinə “stajor” kimi cəlb olunan şəxslərin hüquqi statusunun normativ-hüquqi aktlarda tənzimlənməsi də planlaşdırılır.

















