Finlandiyada daha iki pilotsuz uçuş aparatı düşüb.
Finlandiya Sərhəd Xidməti ölkənin şərqində iki qəzaya uğramış dron aşkar edib
1xeber.media xəbər verir ki, bu barədə “Yle” teleradioşirkəti məlumat yayıb.
PUA-lardan biri Finlandiya və Rusiya sərhədindəki Pyuhayyarvi gölünün akvatoriyasında, ikincisi isə Kouvola rayonunda tapılıb.
“Yle”nin məlumatına görə, Finlandiya hakimiyyəti dronların Ukrayna tərəfindən uçduğunu və partlayıcı daşıya biləcəyini ehtimal edir.

















