1xeber.media xəbər verir ki, Avropa İttifaqının (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, Avropa Ukraynanı dəstəkləməyə davam edəcək, çünki Rusiya bu münaqişədə qalib gəlməyəcək.
"Ukraynanı dəstəkləməyə gəldikdə isə, son bir ildə bütün maliyyə dəstəyi artıq Avropadan gəlib. Buna görə də biz bunu mütləq davam etdirəcəyik, çünki inanıram ki, Rusiya bu müharibədə qalib gəlməyəcək", - deyə o bildirib.
Avropalı diplomatın sözlərinə görə, əgər Brüssel "səylərini cəmləşdirsə", Ukraynanın "müqavimət göstərməsinə" kömək edə biləcək.
Kallas daha əvvəl Rusiyanı Ukrayna ilə bağlı danışıqları simulyasiya etməkdə günahlandırmışdı. Avropa diplomatiyasının rəhbəri bildirib ki, AB Moskvanı hesablamalarını dəyişdirməyə və danışıqları simulyasiya etməkdən bu müharibəyə son qoymaq üçün faktiki danışıqlara keçməyə məcbur etməlidir.

















