1xeber.media xəbər verir ki, İran mənbələrindən təsdiqlənməmiş iddialar və internetdə yayılan görüntülər göstərir ki, ABŞ ordusu İranda vurulan iki nəfərlik F-15E qırıcı təyyarəsindən pilotları xilas etmək üçün xüsusi əməliyyat keçirmiş ola bilər.
Nəşr bildirir ki, "Mövcud görüntülər C-130 təyyarəsi və H-60 Black Hawk helikopterindən istifadəni göstərir".
"Military Chronicle" Telegram kanalının məlumatına görə, C-130 və H-60 Black Hawk helikopterləri MQ-9A kəşfiyyat dronlarının dəstəklədiyi F-35A qırıcı təyyarələri tərəfindən müşayiət olunur. Nəşr yazır ki, "Yerdə birbaşa toqquşmalar barədə məlumatlarla vəziyyət daha da mürəkkəbləşib".

















