ABŞ-ın vurulan qırıcısının iki pilotundan biri uğurla təxliyə edilib.
1xeber.media xəbər verir ki,bu barədə İsrailin Channel 12 (N12) telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, əməliyyata ABŞ-ın “böyük qüvvələri” cəlb olunub. Ekipajın xilas edilməsində kəşfiyyat təyyarələri və helikopterlər iştirak edib.
CBS News iki amerikalı rəsmiyə istinadən bildirir ki, İran üzərində vurulan F-15E qırıcısının ekipaj üzvlərindən biri ABŞ qüvvələri tərəfindən xilas edilib.
İkinci ekipaj üzvünün axtarışı üzrə xilasetmə əməliyyatı davam edir.

















