ABŞ prezidenti Donald Tramp zarafatla İranla münaqişə bitdikdən sonra Venesuelaya rəhbərlik etməyi planlaşdırdığını bildirib.
1xeber.media xəbər verir ki, o, bunu Ağ Evdə keçirilən mətbuat konfransında açıqlayıb.
"Bunu bitirdikdən sonra Venesuelaya gedə bilərəm. Tezliklə ispan dilini öyrənəcəyəm. Çox çəkməyəcək. Dilləri yaxşı bilirəm. Venesuelaya gedirəm. Prezidentliyə namizəd olacağam", - deyə Amerika lideri bildirib.
O, daha əvvəl İranın bir gecədə tamamilə məhv edilə biləcəyini bildirmiş və bunun sabah baş verə biləcəyini əlavə etmişdi.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin İranın Ali Lideri Mojtaba Xamenei və Prezident Məsud Pezeşkiana ünvanladığı mesajda İran xalqına bu çətin sınaqların öhdəsindən gəlmək üçün güc arzulamışdı.
3 yanvarda Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin helikopterlə ölkədən çıxarıldığını və Nyu-Yorka gedən gəmiyə yerləşdirildiyini açıqlayıb. Onlar narkotik qaçaqmalçılığında ittiham olunublar.

















