Azərbaycan və gürcü xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin qədim tarixi
vardır. Xalqlarımız hər zaman bu əlaqələri qoruyub saxlayıb və inkişaf etdiriblər. Ölkələrimiz
müstəqillik əldə etdikdən sonra da münasibətlər inkişaf etməkdə davam edib. Bu
münasibətlərin möhkəmlənməsində hər iki dövlətin rəhbərlərinin böyük rolu olub. Azərbaycan
və Gürcüstan arasında dostluq və qardaşlır əlaqələrinin möhkəmlənməsi və inkişafinda
növbəti addım aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Gürcüstanın Respublikasına işgüzar səfəri olmuşdur.
Qeyd edilməlidir qonşu Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici
siyasət prioritetlərindən biri olub. Ötən dövr ərzində Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı
keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Bu gün hər iki dövlət arasında siyasi dialoqlar aparılır, beynəlxalq təşkilatlar
çərçivəsində dövlətlər biribirinə qarşılıqlı dəstək verir, ərazi bütövlüyü məsələlərində qarşılıqlı
dəstək nümayiş etdirilir. Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığa
ənənəvi olaraq böyük əhəmiyyət verilir, bu əlaqələrin genişlənməsi istiqamətində daimi işlər
aparılır. İnvestisayalar sahəsində əməkdaşlıq yaxşı dinamika mövcuddur. Gürcüstan
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycanın Gürcüstana ən çox
sərmayə yatıran ölkədir və ölkəmiz Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə
qoyub.
İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. SOCAR
tərəfindən Gürcüstanda böyük layihələr həyata keçirilir, yeni layihələr hazırlanır. Azərbaycan
ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr regional əməkdaşlıqğın uğurlu nümunəsi
olaraq qalmaqdadır. Bu layihələr Cənubi Qafqazın transformasiyasına xidmət etir və bölgənin
enerji və nəqliyyat xəritəsini dəyişdirib. Çox böyük əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi
layihəsinin reallaşmasında hər iki ölkənin önəmli rolu olub. Eyni zamanda, Azərbaycan və
Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsü salınmağa başlanılıb.
Bu gün nəqliyyat-tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biridir. Bakı-
Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylər artmaqdadır.
Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma
qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb. Gürcüstan tranziti vasitəsilə Azərbaycan
hazırda 12 ölkəyə öz təbii qazını ixrac edir və ildən-ilə bu ixrac artır. Bu gün Gürcüstanın
istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.
Orta Dəhlizin mühüm halqası olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma
qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal işlər
aparılır.
İki dövlət arasında kənd təsərrüfatının müxtəlif istiqamətlərində, o cümlədən kənd
təsərrüfatı və emalı məhsulları üzrə qarşılıqlı ticarət, bitki mühafizəsi, baytarlıq və digər
sahələrdə uğurlu əməkdaşlıqdan və təcrübə mübadiləsi aparılır.
Mədəni-humanitar sahədə də əməkdaşlıq əlaqələri uğurlu nəticələr verir. Belə ki, 2023-
cü ildə Gürcüstanda baş nazirlərin iştirakı ilə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan
Dram Teatrının yeni binasının təməlqoyma mərasiminin keçirilib. Mədəni-humanitar
mübadilənin və təhsil sahəsində əməkdaşlıq əlaqələri genişlənməkdədir.
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana dövlət
səfərinə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Tbilisidə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə təbətək
görüşlər keçirib və sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata
bəyanatlarla çıxış edib.
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata
bəyanatında bildirib ki, bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir.
Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu
gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün iki
müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”.
Dövlətimizin başçısı qeyd edib ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da
inamla inkişaf edəcək. “Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir birimizi
dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü,
suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və
dəstəkləyəcəyik”, – deyə dövlətimizin başçısı bildirib.
Bildirilib ki, bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır.
Dövlətimizin başçısı əlavə edib ki, Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və
bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir
və göstəriləcək.
Vurğulanıb ki, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və
Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh,
təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və
bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. “Cənubi
Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh,
əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir”, – deyə dövlətimizin başçısı
əlavə edib.
Öz növbəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında
Prezident İlham Əliyevin Gürcüstanın dəyərli dostu olduğunu və Azərbaycan Prezidentinin
buraya səfəri hər zaman Gürcüstan üçün böyük şərəf olduğunu söyləyib. Baş nazir qeyd edib:
“Biz fürsətdən istifadı edərək ikitərəfli münasibətlərimizi və regiondakı prosesləri müzakirə
etdik”. Bizim xalqlarımız əsrlər boyu bir-biri ilə sıx bağlı ölkələr olub və bunun məntiqi davamı
odur ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur.
“Şadam ki, bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə çox dinamik şəkildə iştirak edir”, –
deyə Baş nazir vurğulayıb.
Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevə dünya səviyyəsində, o cümlədən
regionda olan hörməti və nüfuzunu bir daha nümayiş etdirir.
Firəngiz Cəfərova,
Sabirabad rayonu Nizami kənd uşaq bağçasının müdiri

















