Fox News telekanalı ABŞ prezidenti Donald Trampın komandasında İranla danışıqlar mövzusunda kəskin fikir ayrılığını ifşa edib.
Fonduna Səudiyyə Ərəbistanından 2 milyard dollar vəsait daxil olan Cared Kuşner (Trampın kürəkəni) İrana sülh məqsədləri üçün məhdudiyyətsiz uran zənginləşdirilməsi ilə bağlı gizli təklif irəli sürüb.
Hazırda Pakistana uçan vitse-prezident Cey Di Vens isə zənginləşdirmənin tamamilə dayandırılmasını (sıfır zənginləşdirmə) tələb edir. Eyni komandanın daxilində bu qədər ziddiyyətli mövqelərin olması gələcək razılaşmalar üçün ciddi amil kimi qiymətləndirilir”.

















