Macarıstan parlament seçkiləri üçün seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanıb.
1xeber.media xəbər verir ki, səsvermə məntəqəsinin bağlanışında hələ də növbədə dayanan vətəndaşlara səslərini qeyd etmək və vermək imkanı yaradılacaq. Seçici fəallığı 77,8% təşkil edib.
Macarıstan parlament seçkiləri 12 apreldə keçirilib. Hazırkı Baş nazir Viktor Orbanın və onun "Fides" partiyasının əsas rəqibi müxalifətdəki Hörmət və Azadlıq (Tisza) partiyasının lideri Peter Maqyardır.
*** 09:37
Bu günü Macarıstanda parlament seçkiləri başlayıb.
1xeber.media xəbər verir ki, seçkilərdə 199 mandat uğrunda mübarizə geduir.
Vətəndaşlar Baş nazir Viktor Orbanın “Fides” partiyası ilə onun kiçik tərəfdaşı olan Xristian Demokratik Xalq Partiyası (KDNP) arasındakı ittifaqın hakimiyyətdə qalıb-qalmayacağına və ya müxalifətdəki “Tisza” partiyasının qalib gəlib-gəlməyəcəyi ilə bağlı qərar qəbul edəcək.
Seçki məntəqələri yerli vaxtla saat 19:00-dək açıq olacaq.

















