ABŞ prezidenti Donald Tramp İranla quru hücumunun və davam edən hərbi münaqişənin ABŞ-ın məqsədlərinə çatmayacağını başa düşüb.
1xeber.media xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat verib.
"Tramp başa düşüb ki, quru hücumu və ya digər hərbi eskalasiya ABŞ-ı bataqlığa apara bilər. Ağ Ev, tənqidçilərin xəbərdarlıq etdiyi kimi, Yaxın Şərqdəki müharibələrin başlamasının asan, lakin dayandırılmasının çətin olduğunu başa düşüb", - deyə nəşr bildirib.
Nəşrin məlumatına görə, ABŞ bir neçə ssenarini nəzərdən keçirir: İran hökumətinin devrilməsi, yeni bir liderin ortaya çıxması və İranın dəniz blokadasını pozmaq və ya ABŞ-ı əlavə güzəştlərə məcbur etmək üçün digər tədbirlər görmək cəhdi.
Bir müddət əvvəl keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan Donald Trampı balanssız adlandırmış və ABŞ prezidentinin vəzifəsindən uzaqlaşdırılmalı olduğunu bildirmişdi. O, Amerika liderini faktları qəsdən təhrif etməkdə və xüsusilə İran ətrafındakı vəziyyətlə bağlı açıqlamalarında davamlı yalan danışmaqda günahlandırıb.

















