
Ölkə rəhbəri Əli Xameneinin və şəhidlərin qisası mütləq alınacaq.
1xeber.media xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.
“Bu qisas doğru zamanda, yerdə və ehtiyatla alınacaq və düşmənlər hərəkətlərinə görə ağır cəzalandırılacaqlar”, - o əlavə edib.
Nikzad İranın proksi qüvvələrə dəstəyinin davam edəcəyini də bildirib:
“İslam Respublikası Livan, Yəmən, İraq və Suriyadakı xalqların və müqavimət qüvvələrinin yanında dayanır və düşmənlərin məqsədlərinə çatmasına imkan verməyəcək”.

















