Keçmiş rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov uzun müddətdən sonra ictimaiyyət arasında görünüb.
1xeber.media xəbər verir ki, o, Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Sosial iqtisadi proseslərin qeyri-səlis modernləşdirilməsi laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyinə qatılıb.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə Ə.Abbasov da çıxış edib.
Xatırladaq ki, Əli Məhəmməd oğlu Abbasov 1953-cü il yanvarın 1-də Naxçıvanda anadan olub. 2004-2015-ci rabitə və informasiya texnologiyaları naziri olub (hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi).

















