Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri mühüm önəm kəsb
edir. Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çex Respublikasının
Baş naziri Andrey Babişlə keçirilən görüşlərdə də ikitərəfli əlaqələrin inkişafı, qarşıda duran
əsas vəzifələr geniş şəkildə müzaakirə edilib. Sözsüz ki, bu səfər iki ölkə arasında mövcud
olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və strateji tərəfdaşlığın inkişaf
etdirilməsi baxımından mühüm addım kimi yüksək qiymətləndirilir.
Səfər çərçivəsində aparılan yüksək səviyyəli danışıqlar, imzalanan sənədlər və keçirilən
görüşlər Azərbaycan ilə Çex Respublikası arasında əməkdaşlığın müxtəlif sahələr üzrə
genişləndirilməsinə yönəlib: “İki lider arasında baş tutan görüşlərdə münasibətlərin mövcud
vəziyyətini yüksək qiymətləndirilib, qarşılıqlı etimada əsaslanan siyasi dialoqun davamlı
xarakter daşıdığını vurğulanıb. Həmçinin görüşlər zamanı beynəlxalq və regional məsələlər
ətrafında da geniş fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın
davam etdirilməsinin əhəmiyyətini qeyd edilib.
Bu bir reallıqdır ki, Azərbaycan ilə Çex Respublikası arasında ticarət dövriyyəsinin
artırılması üçün böyük potensial mövcuddur. Xüsusilə sənaye, maşınqayırma, kimya, kənd
təsərrüfatı və informasiya texnologiyaları sahələrində birgə layihələrin həyata keçirilməsi üçün
əlverişli imkanlar vardır. Çexiyanın qabaqcıl sənaye təcrübəsi ilə Azərbaycanın dinamik inkişaf
edən iqtisadi mühiti arasında sinerjinin yaradılması hər iki tərəf üçün faydalı hesab olunur.
Enerji sahəsində əməkdaşlıq müzakirələrin mühüm hissəsini təşkil eedib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi qeyd edilib, ölkənin
zəngin enerji resursları və tranzit imkanlarının Avropa bazarları üçün əhəmiyyəti vurğulanıb.
Bu kontekstdə enerji resurslarının şaxələndirilməsi və dayanıqlı enerji layihələrinin həyata
keçirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub. Həmçinin
bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində təcrübə mübadiləsi və texnoloji
əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub”.
İki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da prioritet
istiqamətlərdən biri kimi qiymətləndirilir. Azərbaycanın regionda mühüm tranzit mərkəzi kimi
rolu nəzərə alınaraq, Çexiyanın bu imkanlardan istifadə perspektivləri müzakirə olunub.
Xüsusilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların artırılması və logistika
infrastrukturunun təkmilləşdirilməsi məsələləri üzrə konkret təşəbbüslər irəli sürülüb.
Səfər çərçivəsində keçirilən Azərbaycan–Çexiya biznes forumu iqtisadi əməkdaşlığın
praktiki müstəvidə inkişafına təkan verən mühüm platforma olub. Forumda hər iki ölkənin
dövlət qurumlarının nümayəndələri, sahibkarlar və investorlar iştirak etmiş, investisiya
imkanları, biznes mühiti və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında geniş
təqdimatlar keçirilib. Bu isə öz növbəsində iş adamları arasında birbaşa əlaqələrin qurulması
gələcək əməkdaşlıq üçün real zəmin yaratmış olur”.
İki ölkə arasında humanitar sahədə əməkdaşlıq da diqqətdən kənarda qalmayıb. Bu
xüsusda təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin
əhəmiyyəti xüsusi vurğulanıb. Tələbə mübadiləsi proqramlarının artırılması, birgə elmi tədqiqat
layihələrinin həyata keçirilməsi və mədəni tədbirlərin təşkili xalqlar arasında qarşılıqlı
anlaşmanın möhkəmləndirilməsinə xidmət edən mühüm amillər kimi qeyd olunub. Bütün
bunlar Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə
yüksəldiyini nümayiş etdirir. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar və müəyyən edilmiş
istiqamətlər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə, həmçinin iki ölkə
arasında strateji tərəfdaşlığın möhkəmlənəcəyinə əsas verir.
Cavid Rəcəbli,
ƏƏSMN yanında DSMF Sabirabad rayon şöbəsinin müdiri

















