Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə kənd təsərrüfatı və ərzaq sahəsi üzrə regional meneceri Holger Kray arasında görüş keçirilib.
1xeber.media xəbər verir ki,görüş zamanı Azərbaycanda meliorasiya və irriqasiya infrastrukturunun inkişafı və modernləşdirilməsi istiqamətində Dünya Bankının təcrübəsi və dəstəyi ilə əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər su ehtiyatlarının səmərəli idarə olunması, suvarma sistemlərinin təkmilləşdirilməsi, eləcə də müasir yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsi aparıblar.


















