Rusiya prezidenti Vladimir Putin və Özbəkistan lideri Şavkat Mirziyoyev telefon danışığı zamanı terrorizmlə mübarizədə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 19-da Kremlin mətbuat xidməti məlumat yayıb.İki lider arasında telefon danışığı zamanı Mirziyoyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin kimyəvi, radiasiya və bioloji müdafiə qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun vəfatı ilə əlaqədar başsağlığı verib.
Bundan əlavə, mətbuat xidmətində qeyd edildiyi kimi, Özbəkistan terror aktını qətiyyətlə pisləyib. Mətbuat xidməti əlavə edib ki, hər iki lider bütün sahələrdə qarşılıqlı faydalı Rusiya-Özbəkistan münasibətlərinin gələcək ardıcıl inkişafını təsdiqləyiblər.